“Holcim Azerbaijan” şirkətində rəhbərlik dəyişildi

11:19 - 29.11.2017


29 noyabr, Fineko/abc.az. “Holcim Azerbaijan” (Qaradağ sement zavodu) şirkətində rəhbərlik dəyişildi.

Şirkətdən verilən məlumata görə, “Holcim Azerbaijan”ın baş direktor vəzifəsinə Frederik Gimbal təyin olunub.

“Frederik Gimbal baş direktor vəzifəsinin icrasına  2017-ci ilin oktyabr ayında başlamışdır”, - məlumatda belə deyilir.

“Holcim Azerbaijan” zavodunun istehsal gücü ildə 1,7 milyon ton sement təşkil edir. “Holcim Azerbaijan” zavodunun payına sement  bazarının 40%-i düşür.  Bazarın ümumi həcmi isə 4 milyon ton sement təşkil edir.

 

 

Bütün xəbərlər