KXDR-nın ballistik raketinin işə salınması haqqında NATO-un bəyanatı

12:43 - 29.11.2017


29 noyabr, Fineko/abc.az. Koreya Xalq Demokratik Respublikası tərəfindən  ballistik raketin işə salınması haqqında NATO-un Baş katibinin bəyanatı  dərc edilib.

“Mən, Şimali Koreya tərəfindən keçirilmiş ballistik raketin yeni sınağını qətiyyətlə qınayıram. Bu, regional və beynəlxalq təhlükəsizliyini pozan, BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinin daha bir pozuntusudur. 

Noyabr ayında mən NATO-un regional tərəfdaşlarına, Yaponiya və Koreya Respublikasına baş çəkdim, və biz birlikdə Şimali Koreyaya,  növbəti təxribatlardan çəkinməyi və özünün  nüvə və raket proqramlarından imtina etməyi israrla tövsiyə etdik. Bu gün mən bu çağırışı bir daha  təkrarlayıram.

Şimali Koreya beynəlxalq cəmiyyətlə təkrar və  konstruktiv dialoqa daxil olmalıdır”, - bəyanatda belə deyilir.

29 noyabr 2017-ci il tarixində  təxminən  saat 3:20-də Şimali Koreya uzaq mənzilli ballistik raketinin yeni buraxılışını həyata keçirdi. Start götürən raket təxminən 50 dəqiqə uçuşda qaldı, sonra onun qırıntıları Yaponiyanın müstəsna iqtisadi zonasında, Aomori şimal prefekturasının sahilindən 250 kilometr kənarda yerə düşdü.

 

Bütün xəbərlər