Noyabrın 30-da gözlənilən hava şəraiti

16:33 - 29.11.2017


29 noyabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava  proqnozunu açıqlayıb.

Nazirlikdən verilən məlumata əsasən,  payızın son günündə Bakıda və Abşeron yarımadasında  buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, gecə yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti  təşkil edəcək.

 

Bütün xəbərlər