“Atəşgah” SQ ilin ilk rübündə 20 mln. manat sığorta haqqı toplayıb

11:00 - 22.05.2019


22 may, Fineko/abc.az. “Atəşgah” Sığorta Qrupu 2019-cu ilin birinci rübü üzrə maliyyə hesabatını təqdim edib.

Şirkətdən verilən məlumata görə, cari ilin yanvar-mart ayları ərzində topladığı sığorta haqlarının ümumi həcmi 20 mln. manat təşkil edib. İlin ilk rübü ərzində topladığı sığorta haqlarının həcmi isə 10,5 mln. manat təşkil edib ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 24,80% çoxdur.

Şirkətin rüb ərzində ən çox ödəniş etdiyi sığorta növü avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmuşdur ki, bu sığorta növü üzrə ödənişin ümumi məbləği 3,3 mln. manat təşkil edib. Bu rəqəm isə keçən ilin eyni dövrü ilə müqayisədə 26% çoxdur.

“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Sığorta Şirkətinin sığorta haqları 9,2 mln. manat təşkil edib.

 

Bütün xəbərlər