Ölkəyə idxal edilən buğdanın dəyəri 117 mln. dollar olub

12:30 - 22.05.2019


22 may, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata əsasən, bu il yanvar-aprel aylarında ölkəyə 518 min 704 ton buğda idxal olunub.

Xəbər verilir ki, hesabat dövründə idxal edilən buğdanın dəyəri 117 mln. 79 min dollar olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəyə 70 mln. 971 min dollarlıq 406 min 842 ton buğda idxal edilmişdi.

Bütün xəbərlər