Vaşinqtonda Trans-Xəzər Forumu keçirildi

10:15 - 24.05.2019


24 may, Fineko/abc.az. Xəzər Siyasət Mərkəzi və ABŞ Ticarət Palatası  Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Özbəkistan səfirliklərinin dəstəyi ilə Vaşinqtonda IV Trans-Xəzər Forumunu keçirib.

Tədbirlə əlaqədar ABŞ Dövlət Departamenti bəyannamə yayaraq iştirakçı ölkələri Böyük Xəzər regionunda sülhün və firavanlığın gücləndirilməsi istiqamətində işlər görməyə, Amerika Birləşmiş Ştatları və bölgə xalqları arasında biznes, akademik, mədəni və digər əlaqələri və əməkdaşlığı gücləndirməyə çağırıb.

Tədbirdə Azərbaycanın ABŞ-kı səfiri Elin Süleymanov öz çıxışında əməkdaşlığın və əlaqələrin Azərbaycan üçün hər zaman prioritet məsələ olduğunu bildirərək, yaradılan iqtisadi əməkdaşlıq komissiyalarını nümunə göstərib.

ForumdaTrans-Xəzər regionunun uzun müddətdir vacib tranzit marşrutu olduğunu, Xəzəryanı ölkələrin regional iqtisadi əməkdaşlığı üçün böyük potensial gördüklərini və bu inkişafın ABŞ tərəfdən dəstəklənəcəyini ifadə ediblər.

Bundan başqa regionda enerji təhlükəsizliyi məsələlərinə də toxunaraq, təhlükəsizliyin təmin olunması üçün yeni strukturların yaradılmasının lazım olduğunu qeyd ediblər.

Bütün xəbərlər