Əfqanıstan azərbaycanlı sahibkarları tenderdə iştirak etməyə dəvət edir

17:06 - 24.05.2019


24 may, Fineko/abc.az. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

Bildirilib ki, Əfqanıstan İslam Respublikasının ərazisində yerləşən mərmər, travertin, gips, kaolinit, boksit, zümrüd, lapis lazulit, rubin, sement yataqlarının işlənməsi ilə bağlı tender keçiriləcək.

Əfqanıstan ölkəmizdə fəaliyyət göstərən sahibkarları tenderdə iştirak etməyə dəvət edir.

Əməkdaşlıqda maraqlı olan iş adamları AZPROMO-ya müraciət edə bilərlər.

Bütün xəbərlər