“Kiçik dövlət müəssisələrinin hərraclarda satışı” xidməti elektron formatda

11:38 - 27.05.2019


27 may, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə göstərilən xidmətlərdən biri də “Kiçik dövlət müəssisələrinin (obyektlərinin) hərraclarda satışı” –dır.

Komitənin məlumatına görə, hərrac gününə ən azı 30 gün qalmış özəlləşdirmə haqqında məlumat Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytı (emdk.gov.az), Özəlləşdirmə portalı (privatization.az) və komitənin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qәzetindә dərc edilir.

Hüquqi və fiziki şəxslər seçdikləri dövlət əmlakı üzrə sifarişçi statusu almaq üçün hәrracın başlanmasına ən geci üç bank günü qalanadək özəlləşdirmə obyektinin ilkin satış qiymətinin 10 faizi həcmində behi ödəməli və zəruri sənədləri təqdim etməlidir.

Qeydiyyatdan keçmiş şəxslər hərraclarda həm məkana gəlməklə, həm də elektron formada iştirak edərək əmlak sahibi ola bilər.

Bütün xəbərlər