Bugünki hərracda 3 dövlət müəssisəsi özəlləşdirilib

14:44 - 29.05.2019


29 may, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 29-da növbəti hərrac keçirilib.

Komitədən verilən məlumata görə, budəfəki hərracda özəlləşdirilən əmlaklardan 3-ü kiçik dövlət müəssisəsi, 6-sı isə qeyri-yaşayış sahəsi olub. Özəlləşdirilən kiçik dövlət müəssisələri Bakı şəhərində, Yardımlı və Cəlilabad rayonlarında yerləşir.

Qeyri-yaşayış sahəsi üzrə özəlləşən əmlaklardan biri Bakının Nərimanov rayonunda, digərləri isə Sumqayıt və Bərdə şəhərlərində yerləşir.

Qeyd edək ki, Komitə tərəfindən növbəti hərrac 4 iyun tarixində keçiriləcək. Hərracda 85 dövlət əmlakı üzrə seçim olacaq. Onlardan 22-si səhmdar cəmiyyəti, 48-i kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir.

Bütün xəbərlər