Azərbaycan və Belarus gömrük komitələri Saziş imzaladılar

15:07 - 29.05.2019


29 may, Fineko/abc.az. Mayın 29-da DGK-nın sədri Səfər Mehdiyev Belarus Respublikası Dövlət Gömrük Komitəsinin sədri Yuriy Senkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Belarus Respublikasının Dövlət Gömrük Komitəsi arasında “Azərbaycan Respublikası və Belarus Respublikası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında” Saziş imzalanıb.

Səfər Mehdiyev imzalanan sazişin tərəflər arasında əlaqələrin inkişafına və inteqrasiyasına öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Bütün xəbərlər