AQTA sədri Alman-Azərbaycan Xarici Ticarət Palatasιnın nümayəndə heyəti ilə görüşüb.

15:50 - 29.05.2019


29 may, Fineko/abc.az. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Alman-Azərbaycan Xarici Ticarət Palatasιnın nümayəndə heyəti ilə görüşüb.

Agentlikdən verilən məlumata görə, görüşdə Alman-Azərbaycan Xarici Ticarət Palatasιnın İdarə Heyətinin sədri Falko Heidrich palatanın 2012-ci ildən etibarən alman iqtisadiyyatının rəsmi nümayəndəliyi kimi sahibkarlara bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verdiyini diqqətə çatdırıb. F. Heidrich ölkələrimiz arasında qida təhlükəsizliyi sahəsində əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Sonda qida təhlükəsizliyi istiqamətində həyata keçirilməsi planlaşdırılan birgə əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilib.

Bütün xəbərlər