Səfər Mehdiyev Ukrayna Dövlət Fiskal Xidmətinin nümayəndəsini qəbul edib

16:55 - 29.05.2019


29 may, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkəmizdə səfərdə olan Ukrayna Dövlət Fiskal Xidmətinin sədrinin vəzifələrini icra edən Aleksandr Vlasovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən verilən məlumata görə, S.Mehdiyev Ukrayna və Azərbaycan gömrük orqanlarının informasiya texnologiyaları sahəsində əməkdaşlığından məmnunluqla söhbət açıb, uyğun qurumlar arasında məlumat mübadiləsinin uğurla həyata keçirildiyini bildirib.

Görüşdə, iki ölkənin gömrük xidmətlərinin  blokçeyn texnologiyalarının tətbiqi sahəsində pilot layihə  hazırlayaraq GUAM çərçivəsində reallaşdırılması barədə razılıq da əldə olunub.

 

Bütün xəbərlər