ASK ilə Türkiyənin Orhangazi Ticarət və Sənaye Palatası əməkdaşlıq sazişi imzaladı

16:41 - 30.05.2019


30 may, Fineko/abc.az. Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Türkiyənin Orhangazi Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq sazişi imzalanıb.

ASK-dan verilən məlumata görə, sazişin əsas məqsədi hər iki ölkənin biznes dairələrindən olan sahibkarlar üçün ticarət missiyalarının təşkili və qarşılıqlı səfərlərin mübadiləsinin təmin edilməsidir.

Həmçinin Azərbaycan və ya Türkiyədə keçiriləcək beynəlxalq sərgi, yarmarkalarda və digər tədbirlərdə müvafiq müəssisə və təşkilatların iştirakının asanlaşdırmaq, nəticədə ölkələr arasında ticarət dövriyyəsinin artırılmasından ibarətdir.

 

Bütün xəbərlər