Şəkidə “KOB Dostu” fəaliyyətə başlayıb

16:46 - 30.05.2019


30 may, Fineko/abc.az. Mayın 30-da Şəki şəhərində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "Kiçik və Orta Biznesin Dostu" ("KOB Dostu") fəaliyyətə başlayıb.

KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov çıxışında agentliyin fəaliyyəti və "KOB Dostu" mexanizminin dövlət-sahibkar əməkdaşlıq platforması əsasında formalaşan mühüm layihələrdən olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, "KOB Dostu" fəaliyyət göstərdiyi şəhər və rayonlarda mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılmasına, yeni KOB subyektlərinin yaradılması və inkişafına, eləcə də KOB-ların hüquqlarının müdafiəsinə dəstək göstərir.

Bütün xəbərlər