11:40 - 1.12.2017
1 dekabr, Fineko/abc.az. Bakıda beynəlxalq avtomobil daşımaları məsələləri üzrə Azərbaycan-Qazaxıstan qarışıq komissiyasının iclası keçirilib.
Qazaxıstanın İnvestisiyalar və İnkişaf Nazirliyinin məlumatına əsasən, iki ölkə arasında avtomobil sərnişin daşımalarının həyata keçirilməsi məsələsinə baxılacaq.
“Nümayəndə heyətləri, 2017-ci ildə avtomobil daşımalarının həcmləri haqqında, həmçinin, xüsusi icazələrin alınmasına dair məlumat mübadiləsi aparıb və bir sıra digər məsələləri müzakirə edib”, - məlumatda belə deyilir.
Qeyd edilmişdir ki, icazələrdən istifadə zamanı, Qazaxıstan və Azərbaycan daşıyıcıları arasında paritetliyə riayət olunur.
Belə ki, üçüncü ölkələrə / ölkələrdən daşımalarda Azərbaycan daşıyıcıları, tranzit daşımalarda isə Qazaxıstan daşıyıcıları üstünlük təşkil edir.
Tərəflər, 2018-ci il üzrə ikitərəfli daşımalar və tranzit keçidi üçün, 1000 ədəd həcmində icazələrin ilkin mübadiləsini təyin etməyi razılaşdırıblar. Üçüncü ölkələrə / ölkələrdən daşımalar üçün icazələr 300 ədəd miqdarında razılaşdırılıb.
18 İyul 2025
18 İyul 2025
18 İyul 2025
18 İyul 2025