Şahin Mustafayev: 36 min sahibkara 2,3 mlrd. manatadək güzəştli kredit verilib

11:16 - 4.06.2019


4 iyun, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransında çıxışı zamanı bildirib ki, indiyədək 36 min sahibkara 2,3 milyard manatadək güzəştli kredit verilib. Bu kreditlərin hesabına 166 minədək yeni iş yerinin açılması imkanı yaranıb.

Nazir həmçinin qeyd edib ki, sahibkarların maliyyəyə çıxışının təmin edilməsi üçün bu ilin ötən dövründə layihələrin ümumi dəyəri 159,5 milyon manat olan 416 sahibkara geri qaytarılan vəsaitlər hesabına 41,5 milyon manat güzəştli kredit verilib.

 

 

Bütün xəbərlər