Bugünki hərracda kiçik dövlət müəssisəsi özəlləşdirilib

14:51 - 4.06.2019


4 iyun, Fineko/abc.az. Bugün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Komitədən verilən məlumata görə, hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi Sabirabad rayonunda yerləşən 48 saylı yeməkxanadır. Ümumi sahəsi 226,3 kv.m, torpaq sahəsi 770 kv.m təşkil edir. Əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Qeyri-yaşayış sahələri Bakı və Sumqayıt şəhərlərində yerləşir. Bakı üzrə özəlləşən əmlak Qaradağ rayonunda yerləşir.

Bundan başqa, budəfəki hərracda müxtəlif markalı nəqliyyat vasitələri də özəlləşdirilib.

Bütün xəbərlər