“BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib

12:51 - 1.12.2017


1 dekabr, Fineko/abc.az. “BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edərək vurğulayıb ki, ölkədə əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, onların sosial müdafiəsinin gücləndirilməsi ölkənin sosial siyasətinin mühüm hissəsidir. 

Nazir bildirib ki, nazirlik tərəfindən hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqları haqqında”  yeni qanun layihəsində əsas diqqət, əlillər barədə dövlət siyasəti prinsiplərinə, dövlət təminatlarına, əlilliyi olan şəxslərin reabilitasiyasına, onların məşğulluğu və müxtəlif infrastrukturlardan istifadə etmək imkanına və s. yönəldilib.

 

Bütün xəbərlər