Ötən ay 424 sahibkar “Azərişıq” ASC-yə müraciət edib

11:27 - 7.06.2019


7 iyun, Fineko/abc.az. “Azərişıq” ASC-nin məlumatına görə, may ayında obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün 424 sahibkar müraciət edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Məlumatda qeyd edilir ki, şəbəkəyə qoşulma ilə bağlı kilovata görə vahid tarifin tətbiq olunması, “Azərişıq” ASC-nin elektron xəritəsinin “ASAN xidmət”in işinə inteqrasiya edilməsi və nəhayət müraciətlərin elektron qaydada qəbul olunması da müsbət mənada öz rolunu oynayıb.

Bununla yanaşı, apreldə 4 min 355 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün müraciət edib.

Bütün xəbərlər