PAŞA Sığorta şirkəti Bravo Hipermarketdə fəaliyyətə başlayıb

14:34 - 1.12.2017


PAŞA Sığorta  şirkəti Bravo Hipermarketdə yeni satış məntəqəsini istifadəyə verib.

Hər zaman müştərilərin rahatlığını təmin etməkdə səylərini əsirgəməyən PAŞA Sığorta şirkəti bu dəfə müştərilərə daha yaxın olmaq məqsədi ilə Əhmədli qəsəbəsi, Ramiz Quliyev küç. 4 ünvanında yerləşən Bravo Hipermarketdə  yeni satış məntəqəsini müştərilərin istifadəsinə verib. Müştərilər yeni məntəqəyə yaxınlaşaraq hər növ könüllü və icbari sığorta məhsulları barədə məlumat ala, həmçinin avtomobil, əmlak, səyahət sığortasını yerində əldə edə bilərlər. PAŞA Sığortanın satış məntəqəsi bazar ertəsi–cümə günü saat 11:00-dan 23:00-dək, şənbə və bazar günləri isə 10:00-dan 23:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Sığorta məhsulları barədə ətraflı məlumat üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya, PAŞA Sığortanın rəsmi saytı (http://pasha-insurance.az/)  və ya Facebook səhifəsi vasitəsilə müraciət edə bilərsiniz.