Azərbaycanda vergi ödəyicilərinin büdcəyə olan artıqödəmə məbləği 21%-dən çox azalıb

16:59 - 7.06.2019


7 iyun, Fineko/abc.az. Hesablama Palatası 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində 2018-ci ildə vergiödəyicilərinin dövlət büdcəsinə olan artıq ödəmə məbləği nəzərəçarpacaq dərəcədə azalıdığı deyilir.

Qeyd edilir ki, vergiödəyicilərinin dövlət büdcəsinə olan artıq ödəmə məbləği bu il yanvarın 1-nə ümumilikdə 2 milyard 1 milyon 221,6 min manat təşkil edib, bu da ötən ilin eyni dövrünə olan göstəricidən 543 min 665,8 manat və ya 21,4 % azdır.

Bu məbləğin 94,3 % qeyri-neft sektoruna, 5,7 % isə neft sektoruna aid olduğu, əvvəlki dövrlə müqayisədə neft sektoru üzrə azalmanın 52,3 % təşkil etdiyi vurğulanıb.

Bütün xəbərlər