Gənclər və İdman Nazirliyi açıq tender elan edir

12:22 - 10.06.2019


10 iyun, Fineko/abc.az. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yeni televiziya verilişi üçün dekorasiyanın hazırlanması işlərinin satın alınması məqsədilə açıq tender elan edir

Elanda qeyd edilir ki, iddiaçılar tender prosedurunda iştirak üçün sənədlərini 12 iyul 2019-cu il saat 18.00-a qədər, tender təkliflərini və təklifin 1 faizi məbləğdə bank təminatını isə 22 iyul 2019-cu il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.

Əlaqələndirici şəxs- Nəcəfov Elçin

Tel.: (+994 12) 4658416

Ünvan: Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə

Bütün xəbərlər