Akademik Opera və Balet Teatrı inzibati binanın təmiri üçün açıq tender élan edir

16:36 - 10.06.2019


10 iyun, Fineko/abc.az. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı teatrın fasad hissəsinin və inzibati binanın mərhələli təmiri üçün açıq tender élan edir.

Tender 1 lot üzrə keçirilir.

Lot-1. Teatrın fasad hissəsinin və inzibati binanın mərhələli təmirinin satın alınması.

Elanda qeyd olunur ki, iddiaçılar sənədləri 11 iyul 2019-cu il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə 23 iyul 2019-cu il saat 17.00-dək möhürlənmiş, ikiqat zərflərdə Dövlət Akademik Opera və Balet Teatrına (ünvan- Bakı şəhəri, 28 May küçəsi 8) təqdim etməlidirlər.

Əlaqələndirici şəxs- Babayev Yuri Çingizoviç

Tel.: (+99412) 93-61-05

 

Bütün xəbərlər