Mədəniyyət Nazirliyi açıq tender elan edir

10:34 - 11.06.2019


11 iyun, Fineko/abc.az. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi açıq tender elan edir.

Tender 1 lot üzrə keçirilir - 2019-cu ildə kino sahəsində mədəniyyət tədbirlərinin təşkili, zəruri işlər və xidmətlərin (filmlərin təqdimatı, kino günləri, görkəmli kino şəxsiyyətlərinin yubiley tədbirlərinin keçirilməsi, bədii tərtibat işlərinin görülməsi, reklam və çap məhsullarının nəşri və s.) satın alınması.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri 5 iyul 2019-cu il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 11 iyul 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər.

Ünvan- AZ 1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 84, Hökumət Evi. Telefon: +99412 498 97 82

Bütün xəbərlər