Bugün keçirilən hərracda bir səhmdar cəmiyyəti özəlləşdirilib

14:05 - 11.06.2019


11 iyun, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 iyunda keçirilən növbəti hərracda 1 səhmdar cəmiyyəti, 1 kiçik dövlət müəssisəsi, 3 qeyri-yaşayış sahəsi, 4 nəqliyyat vasitəsi özəlləşdirilib.

Komitədən verilən xəbərə görə, budəfəki hərracda Gəncə şəhərində yerləşən “Xronika” kinoteatrı və  Zaqatala Sənaye Kombinatı səhmdar cəmiyyəti  özəlləşdirilib.

Özəlləşən qeyri-yaşayış sahəsi isə Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşir.

 

Bütün xəbərlər