Bakıda Beynəlxalq Sığorta Forumu keçiriləcək

10:28 - 13.06.2019


13 İyun, Fineko/abc.az. İyunun 28-də Bakıda IX Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək.

Qeyd olunur ki, builki mövzusu “Azərbaycanda sığorta: meyillər və imkanlar” olan forumda sığorta sahəsində son trendlər, bazarın inkişaf imkanlarının araşdırılması və işgüzar əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Forumun təşkilatçısı Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosudur.

 

Bütün xəbərlər