“Azİntelecom” MMC açıq tender elan edir

11:31 - 13.06.2019


13 iyun, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azİntelecom” MMC açıq tender elan edir.

Tender 1 lot üzrə keçirilir: Şəbəkə infrastruktur avadanlıqları üçün texniki xidmətlərin satın alınması.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün  sənədləri 19 iyul 2019-cu il saat 17.00-a kimi, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 29 iyul 2019-cu il saat 17.00-a kimi, Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi 74 nömrəli ünvana təqdim etməlidirlər.

Əlaqələndirici şəxslər - Kamil Bektaşi və Vüqar Yəhyazadə. Tel.:  (994 12) 200 00 74/72

 

Bütün xəbərlər