Azərbaycanın ən böyük holdinqinin nizamnamə kapitalının artırılması gözlənilir

15:33 - 13.06.2019


13 iyun, Fineko/abc.az. Azərbaycanda ən böyük şirkətlər qrupu sırasına daxil olan, “Gilan”-nın və holdinqə daxil olan bir sıra digər şirkətlərin nizamnamə kapitallarının artırılması planlaşdırılır.

Holdiqdən verilən məlumata görə, nizamnamə kapitalının artırılması 2019-cu ilin əvvəlində müəyyən olunmuş ümumi inkişaf strategiyasına uyğun olaraq həyata keçiriləcəkdir ki, bu da Holdinqin maliyyə dayanıqlığının təmin edilməsi və bazar mövqelərinin gücləndirilməsi ilə əlaqədardır.

Bütün xəbərlər