Gənclər və İdman Nazirliyi açıq tender elan edir

10:36 - 14.06.2019


14 iyun, Fineko/abc.az. Gənclər və İdman Nazirliyi tədbirlərin keçirilməsinin satın alınması üçün açıq tender elan edir.

Tender 4 lot üzrə keçirilir: İşğal günləri ilə əlaqədar hərbi təcavüz, etnik təmizləmə və işğalla bağlı faktların gənclər və gənclər təşkilatları tərəfindən dünya içtimaiyyətinə çatdırılması üçün sosial media vasitəsi ilə aksiyaların həyata keçirilməsi; Xarici ölkələrin gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda keçirilmiş esse yazı müsabiqəsinin qaliblərinin Azərbaycana səfərinin təşkil edilməsi; Koreya Respublikasının gənclərdən ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin təşkil edilməsi; Mərakəş Krallığının gənclərdən ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin təşkil edilməsi.

Elanda qeyd olunur ki, iddiaçılar tender prosedurunda iştirak üçün  sənədlərini 5 iyul 2019-cu il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin 1 faizi məbləğdə bank təminatını 15 iyul 2019-cu il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.

Əlaqələndirici şəxs-Babayev Fuad. Tel.: (99412) 465 84 19.

 

Bütün xəbərlər