“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC açıq tender elan edir

12:40 - 18.06.2019


18 iyun, Fineko/abc.az. “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması üçün açıq tender elan edir.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri 18 iyul 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər.

Tender təklifi və bank zəmanəti isə 29 iyul 2019-cu il saat 17.00 -dək təqdim olunmalıdır.

Əlaqələndirici şəxs- Əhməd Məmmədov, Tel.: (99412) 496-52-04.

Ünvan: Bakı, İstiqlaliyyət küçəsi 18

Bütün xəbərlər