Azərbaycanda minimum əmək haqqı artırılır

22:55 - 18.06.2019


18 iyun, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı ölkədə minimum əmək haqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 1 sentyabr 2019-cu il tarixindən etibarən Azərbaycanda minimum əmək haqqı 250 manat təşkil edəcək.

Hazırda Azərbaycanda minimum əmək haqqı 180 manat təşkil edir. Beləliklə, ölkədə minimum əmək haqqı 70 manat artırıldı.

 

Bütün xəbərlər