Sığorta müqaviləsi hansı hallarda etibarsız sayılır?

11:10 - 19.06.2019


19 iyun, Fineko/abc.az. Sığorta müqaviləsinin etibarsız sayılması barədə Azərbaycan Respublikasının Sığorta Haqqında Qanununun Ümumi Müddəalarında bir sıra bəndlər qeyd olunub.

Sözügedən bəndlərdə vurğulanır ki, Mülki Məcəllə ilə nəzərdə tutulmuş əqdlərin etibarsızlığının ümumi əsasları ilə yanaşı, sığorta müqaviləsi bağlandığı andan aşağıdakı hallarda etibarsız sayılır:

1.1. fəaliyyət qabiliyyətinə malik olmayan və fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılan şəxslərlə bağlandıqda;

1.2. sığorta obyekti məhkəmənin qüvvəyə minmiş hökmünə əsasən müsadirə edilməli əmlak olduqda;

1.3. sığorta hadisəsindən sonra bağlandıqda;

1.4. sığortaçının adından müqavilə bağlamağa ixtiyarı olmayan şəxslərlə bağlandıqda;

1.5. sığorta müqaviləsi bağlandığı anda sığorta obyekti mövcud olmadıqda; 1.6. sığorta obyekti sığortalının qeyri-qanuni mənafeləri ilə bağlı olduqda;

1.7. sığorta müqaviləsi və ya bir neçə sığorta müqaviləsi ilə əmlak onun həqiqi dəyərindən artıq sığortalandıqda (sığorta məbləğinin artıq hissəsində);

1.8. xüsusi razılığı olmayan sığortaçı ilə sığorta müqaviləsi bağlandıqda (bu halda ödənilmiş sığorta haqları tam həcmdə sığortalıya qaytarılır).

Bütün xəbərlər