Aztelekom açıq tender elan edir

14:17 - 19.06.2019


19 iyun, Fineko/abc.az. "Aztelekom" MMC-nin istismarında olan avtonəqliyyat və xüsusi texniki vasitələrin təmiri və texniki qulluq xidməti üzrə açıq tender elan edir.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 15.07.2019 17:00 tarixinə qədər https://www.etender.gov.az/ portalı vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 22.07.2019 11:00 AZ1122 Moskva pr.,ev187 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

 

Bütün xəbərlər