Sığorta ödənişi müqavilə aktına əsasən verilir

10:28 - 20.06.2019


20 iyun, Fineko/abc.az. Sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir. Sözügedən məsələ barədə Sığorta haqqında Azərbaycan Respublikasının Ümumi Müddəalarında qeyd olunur ki, sığorta aktını sığortaçı və ya onun vəkil etdiyi şəxs (ekspert) tərtib edir.

Belə ki, sığortaçı sığorta hadisəsinin səbəblərini və təfsilatını aydınlaşdırmaq hüququna malikdir. Yəni müəssisələr, idarələr, təşkilatlar və hüquq-mühafizə orqanları, sığorta hadisəsi ilə əlaqədar sığortaçının sorğusuna əsasən tələb olunan məlumatı verməlidirlər.

Qeyd edək ki, sığorta ödənişlərdən vergi və rüsumlar tutulmur.

Bütün xəbərlər