Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçiriləcək

12:45 - 4.12.2017


4 dekabr, Fineko/abc.az.  Bakıda dekabrın 5-də Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatında deyildiyi kimi, Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası dekabrın 5-də Bakıda öz işinə başlaycaq.

“İclasda nümayəndə heyətləri işçi qruplarda ikitərəfli münasibətlərin cari vəziyyətini nəzərdən keçirəcək və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər”, - məlumatda belə deylir.

Məlumata əsasən, hərbi dialoq çəçivəsində müzakirələrə dekabrın 7-də yekun vurulacaq.

İclasın Azərbaycan tərəfindən həmsədri Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfindən isə Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi general-leytenant Yavuz Türkgencidir.

9-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası 2016-cı ilin dekabr ayında Ankara şəhərində keçirilmişdir.