“Global Project Development” investisiya şirkəti ilə ASK arasında memorandum imzalandı

10:59 - 24.06.2019


24 iyun, Fineko/abc.az. İyunun 21-də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən "ASK Business Consulting" (ABK) şirkəti ilə Səudiyyə Ərəbistanının "Global Projects Development Holding Co" şirkəti arasında əməkdaşlıq memorandumu imzalandı.

Qeyd edilir ki, memorandumda Azərbaycan şirkətlərinin xarici maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində dəstəyin göstərilməsi, yerli sahibkarlar və şirkətlər tərəfindən təklif olunan investisiya layihələr (biznes-planlar) məlumat bazasının yaradılması və ilkin təhlili, investisiya layihələrin baxılması, seçilməsi  prosesində birbaşa iştirak və s. nəzərdə tutulur.

Badear Bhaişan Al-Mutairi Azərbaycandakı şirkətlərə investisiya yatırmaq planları ilə bərabər Azərbaycan şirkətlərinin məhsullarını Körfəz ölkələrinə çıxarılmasına dəstək verməyə hazır olduqlarını bildirdi.

Bütün xəbərlər