Gənclər və İdman Nazirliyi açıq tender elan edir

11:30 - 25.06.2019


25 iyun, Fineko/abc.az. Gənclər və İdman Nazirliyi yeni televiziya verilişi üçün dekorasiyanın hazırlanması işlərinin satın alınması məqsədilə açıq tender elan edir.

Elanda qeyd olunur ki, iddiaçılar iştirak üçün  sənədlərini 12 iyul 2019-cu il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin 1 faizi məbləğdə bank təminatını 22 iyul 2019-cu il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.

Əlaqələndirici şəxs- Nəcəfov Elçin. Tel.: (994 12)  465 84 16.

Ünvan.: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə

Bütün xəbərlər