17:00 - 4.12.2017
4 dekabr, Fineko/abc.az. Nyu-Dehlidə (Hindistan) keçirilən Beynəlxalq Hərbi Tibb Komitəsinin 42-ci Ümümdünya Konqresində Azərbaycan Respublikası bu komitənin tam hüquqlu üzvü seçilib.
Müdafiə Nazirliyinin məlumatında deyildiyi kimi, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev isə Beynəlxalq Hərbi Tibb Komitəsində Azərbaycan Respublikasının Milli nümayəndəliyinin rəhbəri təyin edilib.
Tədbirdə Azərbaycan nümayəndə heyətinin Türkiyə və Böyük Britaniyadan olan həmkarları ilə görüşləri keçirilib. Görüşlər zamanı tərəflər, qarşılıqlı maraq kəsb edən məsələlər haqqında fikir mübadiləsi apardılar.
Qeyd edək ki, 1921-ci ildə Belçika Krallığında yaradılan Beynəlxalq Hərbi Tibb Komitəsi Cenevrə Konvensiyalarının prinsiplərini daha dolğun yerinə yetirmək və hərbi təbabət sahəsində elmi məlumat mübadiləsini təmin etmək məqsədilə təsis edilib.
Hazırda 112 dövlətin üzv olduğu Beynəlxalq Hərbi Tibb Komitəsinin əsas vəzifəsi hərbi tibb sahəsində texnoloji və elmi təcrübə mübadilələrini təşviq etməkdir.
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024