Beş ayda 63773,3 min manat sığorta haqları həyata keçirilib – Hesabat

10:25 - 27.06.2019


27 İyun, Fineko/abc.az. Bu ilin 5 ayı ərzində sığorta sektorunda qeyri-həyat sığortası üzrə 119766,6 min manat sığorta haqları yığılıb.

Bu məlumat Maliyyə Bazarlarına Nəzarət Palatasının yanvar- may ayları üzrə yaydığı hesabatında açıqlanıb. Hesabata əsasən qeyri-həyat sığortası üzrə ümumilikdə sığorta ödənişləri isə 33887,1 min manat olub. Sözügedən müddət ərzində sığortanın tibbi sığorta növü üzrə 63773,3 min manat sığorta haqları, 22575,9 min manat da sığorta ödənişləri həyata keçirilib. Yanvar-may ayları çərçivəsində fərdi qəza və xəstəlik sığortası üzrə 1008,7 min manat sığorta haqları, 122,8 min manat da sığorta ödənişləri olub.

Bütün xəbərlər