Əmlak sığortasında sığorta haqları sığorta ödənişlərindən çox olub

11:40 - 27.06.2019


27 İyun, Fineko/abc.az. Yanvar-may ayları üzrə əmlakın yanğından və digər risklərdən sığortası üzrə 18 086,6 min manat sığorta haqları, 1 096,6 min manat da sığorta ödənişləri olub.

Bu statistika Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu ilin 5 ayı üçün açıqladığı hesabatında qeyd olunub.

Hesabatda vurğulanır ki, əmlakın sığortası ilə balı digər siniflərdə sığorta 131,8 min manat sığorta haqları həyata keçirilib. Sözügedən müddətdə yüklərin sığortası üzrə sığorta haqları 1522,9 min manat, sığorta ödənişləri 211,4 min manat olub. Ümumilikdə yanvar- may ayları çərçivəsində əmlak sığortasında sığorta haqları 53557,3 min manat, sığorta ödənişləri isə 11035,2 min manatdır.

 

Bütün xəbərlər