Çoxşaxəli komunikasiyadan istifadə edərək müştəriləri sığorta şirkətlərinə cəlb etmək olar

10:54 - 28.06.2019


28 iyun, Fineko/abc.az. Sığorta şirkətləri üçün ən fəlsəfi qərar müştəri cəlb etmək olmalıdır.

Bunu İqtisadi İsalahatların Təhlili və Komunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı deyib.

Sığorta sisteminin bütövlükdə risklər üzərində dayandıöını qeyd edən V. Qasımlı qeyd edib ki, sığorta şirkətləri ilə əlaqə yaratmaq, bu sektorun inkişafı üçün çox güclü komumikasiyadan istifadə eləmək lazımdır: "Daha güclü və çoxşaxəli komunikasiyadan istifadə edərək müştəriləri sığorta şirkətlərinə cəlb etmək olar.  Qeyd etdiyim komunikasiyanın tətbiqi həm də sığorta şirkətləri ilə müştərilər arasında əlaqələri daha da təkmilləşdirər. Düşünürəm ki, Azərbaycanda sığorta sektorunun inkişaf etdirilməsi Strateji Yol Xəritəsində qeyd olunmuş xətt üzrə gedir".

 

Bütün xəbərlər