İbrahim Alışov: Avtomobil sahiblərinin sığorta üsulları ilə bağlı inqilabi dəyişikliklərə nail olacağıq

11:07 - 28.06.2019


28 iyun, Fineko/abc.az. İcbari Sığorta Bürosu forum çərçivəsində Hadisələrin İdarəetmə sistemi təqdim olunacaq.

Bunu "Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov deyib.

İ.Alışov qeyd edib ki, bu resursun təqdimatından sonra avtomobil sahiblərinin sığorta üsulları ilə bağlı inqilabi dəyişikliklərə nail olacağıq: "Söhbət mobil əlavədən gedir ki, onun vasitəsilə hadisənin baş verdiyi andan məlumatları onlayn rejimində həm İcbari Sığorta Bürosuna, həm də müvafiq dövlət qurumlarına göndərilməsi həyata keçiriləcək".

 

Bütün xəbərlər