Sığorta Forumunda Memorondum imzalandı

11:54 - 28.06.2019


28 iyun, Fineko/abc.az. "Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar" adlı Beynəlxalq Sığorta Forumu çərçivəsində memorondum imzalanıb.

"Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı"nın icrası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası, Təhsil Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət v Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İcbari Sığorta Bürosu və Azrbaycan Sığortaçılar Assosiasiyası arasında əməkdaşlığa dair birgə memorondum imzalanıb.

Anlaşma Memorondumu adıçəkilən qurumların iştirakı ilə ölkədə səğorta sahəsi üzrə maarifləndirmə, təbliğat-təşviqat işlərinin aparılması və aidiyyatı qurumların İcbari Sığorta Bürosunun elektron informasiya sistemi ilə inteqrasiyasına dəstəyin verilməsi üzrə birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Bütün xəbərlər