Azİntelecom tender elan edir

12:07 - 28.06.2019


28 iyun, Fineko/abc.az. “Azİntelecom” MMC Şəbəkə infrastruktur avadanlıqları üçün texniki xidmətlərin satın alınması üzrə açıq tender elan edir.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri 19 iyul 2019-cu il saat 17.00-a kimi, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 29 iyul 2019-cu il saat 17.00-a kimi təqdim etməlidirlər.

Əlaqələndirici şəxslər - Kamil Bektaşi və Vüqar Yəhyazadə

Telefon : (994 12) 200 00 74/72

Ünvan: Bakı , Ə.Hüseynzadə küçəsi 74.

 

Bütün xəbərlər