KOBİA İsveçrənin Kiçik və Orta Sahibkarlar Assosiasiyası ilə Memorandum imzaladı

11:05 - 1.07.2019


1 iyul, Fineko/abc.az. Berndə keçirilmiş Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İsveçrənin Kiçik və Orta Sahibkarlar Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandum Azərbaycan və İsveçrənin kiçik və orta biznes subyektləri arasında ticarət, investisiya, iqtisadi əməkdaşlıq, həmçinin KOB sektorunda təcrübə mübadiləsini, bu sahədə əlaqələrin inkişafı üçün birgə təşviq tədbirlərinin təşkilini və digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.

Bütün xəbərlər