Sığorta sahəsində daha bir yenilik

11:46 - 1.07.2019


1 iyul, Fineko/abc.az. Bundan sonra avtomobil qəzalarında hadisənin şəkilləri, sənədlər və onların fotoları avtomatik qayda da Hadisələrin İdarə edilməsi sisteminin mobil aplikasiyaya gələcək.

Bunu jurnalistlərə açıqlamasında İcbari Sığorta Bürosunun rəhbəri Rəşad Əhmədov bildirib.

O qeyd edib ki,  hadisənin baş verdiyi yer barədə artıq sığortalı öz mobil aplikasiyası vasitəsi ilə sığorta şirkətinin sistemi üzərindən Daxili İşlər Nazirliyinin sisteminə məlumatı bildirə biləcək: "Beləliklə harda risklər var onlar araşdırılacaq, onların qarşısını alacaq tədbirlərin həyata keçirilməsi üçün müvafiq qurumlara onlayn rejimdə məlumat ötürüləcək. Bu həm də hadisələrdə daha az insan ölümünə, daha az sığorta hadisələrinin baş verməsi deməkdir.

Bu şəkildə hadisələrin qarşısını almaq mümkün olacaq".

 

Bütün xəbərlər