Sığorta sahəsində yeniliklə bağlı bütün texniki məsələlər həll edilib

14:12 - 1.07.2019


1 iyul, Fineko/abc.az. Sığorta sahəsində tətbiqinə başlanılması planlaşdırılan Hadisələrin İdarə edilməsi sistemi ilə əlaqədar artıq bütün texniki məsələlər həll edilib.

Bunu İcbari Sığorta Bürosunun rəhbəri Rəşad Əhmədov deyib.

Onun sözlərinə görə, sığorta şirkətlərinin bir-bir sözügedən sistemə bağlanılmasına başlanılıb: "Azərbaycanda 12 qeyri-həyat sığorta şirkəti Hadisələrin İdarə edilməsi sisteminə qeyr-həyat sığorta növləri üzrə, 4  şirkəti isə həyat sığortası növü üzrə bağlanımış olacaqlar. Hazırda o sığorta şirkətləri ilə texniki bağlantılar həyata keçiririk. Bu bağlantılar tamamlandıqdan sonra sığorta şirkətinin müştəriləri sözügedən sistem üzərindən sığorta əməliyyatlarını həyata keçirə biləcək".

 

Bütün xəbərlər