AZPROMO sahibkarlara Hindistanla əməkdaşlığı genişləndirməyə dəvət edir

02.07.2019,10:34


2 iyul, Fineko/abc.az. İyulun 1-də Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondunun və Hindistanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı (AZPROMO) ilə Azərbaycan-Hindistan biznes forumu keçirilib.

Tədbirdə hər iki tərəfdən tikinti, alternativ enerji, İKT, səhiyyə, təhsil, maliyyə, tekstil, qida, logistika, turizm sahələrində fəaliyyət göstərən 100-dək sahibkar iştirak edib.

Azərbaycan və Hindistan iş adamları arasında əlaqələrin inkişafının əhəmiyyətini vurğulayan AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev sahibkarları qarşılıqlı əməkdaşlığı genişləndirməyə dəvət edib.

Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühitinin hindistanlı iş adamları üçün geniş imkanlar açdığını qeyd edib, iqtisadi-ticarət sahəsində əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.