Bakıda orta aylıq maaş ölkə üzrə eyni göstəricidən 33% daha çoxdur

12:58 - 5.12.2017


5 dekabr, Fineko/abc.az. Bakıda orta aylıq maaş Azərbaycan üzrə analoji göstəricinin üçdə bir hissəsindən çoxdur.

1 oktyabr 2017-ci il tarixi üzrə Bakıda orta aylıq nominal əmək haqqı 783,8 manat ($461) təşkil etmişdir ki, bu da keçən ilin analoji dövrünün göstəricisindən 8% daha çoxdur.

1 oktyabr 2017-ci il tarixi üzrə Azərbaycanda orta aylıq nominal maaş 525,6 manat ($309,1) təşkil etmişdir ki, bu da keçən ilin analoji dövrünün göstəricisindən 7,2% daha çoxdur. Beləliklə, paytaxtdakı orta aylıq maaş ölkə üzrə orta aylıq əmək haqqını 33% üstələyir.

Ən yüksək əmək haqqı neft sənayesi, inşaat və bank sahələrində  qeyd edilib. Təhsil, səhiyyə, kommunal sahələrində əmək haqqı ən aşağı səviyyədədir.

 

 

Bütün xəbərlər