Əmlak Məsələləri Dövlət Komitəsi tender keçirir

17:19 - 3.07.2019


3 iyul, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi açıq tender elan edir.

Tenderin predmeti kiber təhdidlərin və sızmaların qarşısının alınması üçün sistemin və lisenziyaların satın alınmasıdır.

Elanda qeyd edilir ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri  3 avqust 2019-cu il saat 11.00-dək, tender təklifini və tender təklifinin bank təminatını isə 16 avqust 2019-cu il saat 11.00-dək  təqdim etməlidirlər.

Əlaqələndirici şəxs - Natiq Yaqubov. E-mail: [email protected]. Telefon- (+99412) 5654195 (daxili- 2021). Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti 139A.

 

Bütün xəbərlər